Paytaxtda toz dumanı azalıb - Yenilənib

3-09-2024, 18:25 0 dəfə baxılıb

Bakıda və Abşeron yarımadasında, eləcə də  Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.

 Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat yayıb

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, - G.Abbasova qeyd edib.

Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.

***

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasovanın sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında nisbi azalma müşahidə olunur:

 “Sinoptik vəziyyətlə əlaqədar ölkə ərazisində sabah səhər saatlarından başlayaraq cənub-şərq istiqamətli küləklərin şimal-qərb istiqamətli küləklərlə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən gün ərzində havada tozun miqdarının tədricən  azalacağı gözlənilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930