“Kütləvi bülleten atılması halı baş veribsə…”
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
MSK sədrinin sözlərinə görə, seçkidə araşdırmalar təkcə müraciət edənlər olanda yox, olmadıqda da aparılır:
“Yəni fakt yazılıbsa, amma həmin pozuntu haqqında MSK-ya müraciət daxil olmayıbsa, yenə də biz bunu araşdırırıq. Hansısa məntəqədə kütləvi bülleten atılması halı baş veribsə, kiminsə bununla bağlı bizə şikayət etməyini gözləmirik. Bütün yayılanları əvvəlkindən də diqqətlə yoxlayacağıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: