Azərbaycan lideri: Tacikistanla möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk

9-09-2024, 12:02 4 dəfə baxılıb


Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlət başçısı məktubunda qeyd edib: "Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Sizin uzaqgörən rəhbərliyiniz altında Tacikistan hərtərəfli inkişaf və sosial-iqtisadi yüksəliş yolu ilə inamla addımlayaraq beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır".

"Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk. Qardaş xalqlarımız arasında təşəkkül tapmış çoxəsrlik möhkəm dostluq əlaqələri, aramızdakı fəal siyasi dialoq və qarşılıqlı anlaşma bu gün yüksək səviyyəli Azərbaycan-Tacikistan əməkdaşlığını şərtləndirən başlıca amillərdəndir. Bu ilin mayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Tacikistan əlaqələrinin tarixində yeni səhifə açmış, münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir", - Prezident vurğulayıb.

Azərbaycan lideri əmindir ki, həyata keçirdikləri çoxsaylı qarşılıqlı səfərlər əsnasında əlaqələrin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdikləri razılaşmalar dövlətlərarası əməkdaşlığın yeni məzmunla zənginləşməsinə, qardaş xalqlar arasında həmrəyliyin daha da möhkəmlənməsinə, ölkələrin və bütövlükdə regionun davamlı inkişafına və rifahına töhfələr verəcəkdir: "Hörmətli Emoməli Şərifoviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930