Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusuna qarşı ilkin kvalifikasiya edilmiş peyvəndin “MVA-BN” olduğunu təsdiqləyib.
Bu haqda ÜST açıqlama yayıb.
Açıqlamada, Bavarian Nordic tərəfindən istehsal edilən “MVA-BN” peyvəndinin ÜST-nin meymunçiçəyi virusuna qarşı qabaqcadan seçilmiş peyvənd siyahısına əlavə edildiyi bildirilib.
Açıqlamada ÜST-yə bağlı İmmunlaşdırma üzrə Mütəxəssislərin Məsləhət Qrupunun (SAGE) bütün mövcud sübutları araşdırdığı və məruz qalma riski yüksək olan insanlar üçün “MVA-BN” peyvəndinin istifadəsini tövsiyə etdiyi vurğulanıb.
Bildirilib ki, peyvənd 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna bilər.
Məsələni sosial media platforması “X”də paylaşan ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus, bunun həm Afrikadakı mövcud yoluxmalarla, həm də gələcəkdə xəstəliklə mübarizədə mühüm addım olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.