ABŞ: İran hakerləri Trampın seçki kampaniyası sənədlərini oğurlayıb

19-09-2024, 08:58 3 dəfə baxılıb

ABŞ: İran hakerləri Trampın seçki kampaniyası sənədlərini oğurlayıb

ABŞ kəşfiyyatı güman edir ki, iranlı hakerlər Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahından daxili sənədləri oğurlayaraq mediaya və hazırkı dövlət başçısı Cozef Baydenlə əlaqəli şəxslərə göndəriblər.

Bu barədə ABŞ-nin xüsusi xidmət orqanlarının birgə bəyanatında deyilir.

Bəyanat ABŞ-nin Federal Təhqiqatlar Bürosu, Milli Kəşfiyyat Direktorunun Ofisi və Kibertəhlükəsizlik İnfrastruktur Agentliyi adından yayılıb.

"İyunun sonu və iyulun əvvəlində kiberməkandakı iranlı cinayətkarlar Prezident Baydenin seçkiqabağı qərargahı ilə bağlı şəxslərə elektron poçt göndəriblər. Bu məktublarda Trampın seçki qərargahından oğurlanan elektron sənədlərdən çıxarışlar var idi", - bəyanatda deyilir.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930