Əfqanıstanda yalnız şəriət qanunları hökm sürür - Taliban

19-09-2024, 18:24 2 dəfə baxılıb

Əfqanıstanda yalnız şəriət qanunları hökm sürür - Taliban

Bundan sonra Əfqanıstanda yalnız şəriət qanunları qüvvədədir.

Bu bəyanatla Taliban hərəkatının ali lideri Heybətullah Axundzadə çıxış edib.

"Mövcud siyasi sistem Quran və şəriətə əsaslanır", - deyə o bildirib.

Taliban lideri Dohada ABŞ-la danışıqlar prosesinin şəriət qanunlarına əsaslandığını, bu danışıqlarda dinə qarşı heç bir addım atılmadığını iddia edib.

Axunzadənin sözlərinə görə, əvvəllər Əfqanıstan qanunvericiliyi Avropa, Amerika və Britaniya mənşəli idisə, indi qanunvericilik prosesinin əsasını yalnız Quran, fiqh və hədislər təşkil edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031