Nazirlik: Azərbaycanın buğda idxalının 80 %-dən çoxu Rusiyanın payına düşür

24-09-2024, 17:57 8 dəfə baxılıb

Nazirlik: Azərbaycanın buğda idxalının 80 %-dən çoxu Rusiyanın payına düşür

Azərbaycanın buğda idxalının 80 %-dən çoxu Rusiyanın payına düşür.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.

"2023-cü ildə Azərbaycan 1 milyon 175 min ton buğda idxal edib. Bunun 1 milyon 22 min tonu Rusiyadan, 153 min tonu Qazaxıstandan alınıb", - deyə o qeyd edib.

Bundan başqa, nazirlik rəsmisi deyib ki, ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur ki, bunun da 1,7 milyon tonu yerli istehsal, 1,1 milyon tonu isə idxal hesabına ödənilir.

"Azərbaycanda su ehtiyatları iqlim dəyişikliyindən təsirlənir. Buna baxmayaq ölkədə buğda və taxıl istehsalı artır", - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930