6 yaşlı uşağı yuxudan oyadıb işgəncə verdi - Polis işə qarışdı

26-09-2024, 14:37 0 dəfə baxılıb

6 yaşlı uşağı yuxudan oyadıb işgəncə verdi - Polis işə qarışdı

Bakıda azyaşlı uşağa işgəncə verən şəxs həbs edilib.

Hadisə Türkan qəsəbəsində baş verib.

Xəzər rayonu Türkan qəsəbəsində yaşayan bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən işgəncə verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlıya qarşı zorakılıq hərəkətləri edən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə maddəsi ilə cinayət işi başlanılıb.

R.İsmayılov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə ona ittiham elan olub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçililib. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, R.İsmayılov həmin qadının qeyri-rəsmi nikah münasibətində yaşadığı şəxsdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930