TBMM sədri: Ankara Moskvaya qarşı birtərəfli sanksiyaları qəbul etmir

5-10-2024, 12:07 2 dəfə baxılıb

TBMM sədri: Ankara Moskvaya qarşı birtərəfli sanksiyaları qəbul etmir

Bəzi ölkələr Rusiya ilə Ukrayna arasında sülh istəmir.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “CNN Türk”ün efirində çıxışı zamanı deyib.

O bildirib ki, həmin ölkələr müzakirələrə mane olur.

N.Kurtulmuş, həmçinin söyləyib ki, rəsmi Ankara Moskvaya qarşı birtərəfli sanksiyaları qəbul etmir: “Biz bu sanksiyalara qoşulmuruq. Üçüncü ölkələr mane olmasa, Rusiya ilə Ukrayna arasında danışıqlar başlaya bilər. Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrində bunu hiss edib. Əlbəttə, sülh bütün regionun xeyrinədir”.

TBMM sədri bir müddət əvvəl Rusiyaya səfərindən də danışıb: "Bizi çox yaxşı qarşıladılar. Putinlə statusumuz eyni deyil. Buna baxmayaraq, onunla üzbəüz oturduq. Halbuki Putin vaxtı ilə Fransa Prezidenti Emmanuel Makronla masa arxasında müzakirələr aparmışdı. Bu, dünyada ciddi müzakirə edilmişdi".

Parlament sədrinin fikrincə, dünyada yeni geosiyasi reallıq yaranıb: "Artıq ABŞ-nin hakimiyyətinə son qoyulur. Yeni güc mərkəzləri yaranacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930