Anar Quliyev Bərdədə vətəndaşları qəbul edəcək

9-10-2024, 15:48 0 dəfə baxılıb

Anar Quliyev Bərdədə vətəndaşları qəbul edəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 11-də Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Laçın rayon sakinlərini qəbul edəcək.

Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102 ünvanında baş tutacaq.

Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, [email protected] elektron poçt ünvanı, həmçinin arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 163, 599) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930