Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

22-10-2024, 15:14 5 dəfə baxılıb

Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

İntensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub.

Bu barədə AYNA məlumat yayıb.

Məlumata görə, 191 nömrəli marşrut xətti: Q.Qarayev – Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.

161 nömrəli marşrut xətti: Hövsan – Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətinə davam edir.

Koroğlu NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə "Koroğlu” stansiyasının "piramida" çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər.

"Bu dəyişikliklər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib", deyə agentlik bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031