Şəhidimiz Göyçayda DƏFN EDİLDİ

1-11-2024, 14:03 2 dəfə baxılıb

Şəhidimiz Göyçayda DƏFN EDİLDİ

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən Piriyev İsmət Medal oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Beyləqan rayonunda “Peyğəmbər” məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.

Şəhidin nəşi bu gün rayonun Çərəkə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Çərəkə kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Piriyev İsmət Medal oğlu 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930