Həqiqəti dünyaya çatdırmağınızı istəyirik - ŞEYX

7-11-2024, 14:42 5 dəfə baxılıb

Həqiqəti dünyaya çatdırmağınızı istəyirik - ŞEYX

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidindən dünya dini liderlərinə çağırış edib. 

A. Paşazadə bu barədə Dini Liderlərin Qlobal  Bakı Sammitinin iştirakçıları ilə Ağdam Cümə məscidində söhbətində fikirlərini ifadə edib. 

QMİ sədri dini liderlərdən Qarabağda gördükləri dağıntıları, erməni vəhşiliklərini, vandalizm aktlarını, soyqırımı hadisələri haqqında məlumatları dünyaya çatdırmağı istəyib. 
"Sizdən yalnız gördüklərinizi, həqiqəti dünyaya çatdırmağınızı istəyirik ki, bu müsibətlər başqa xalqın başına gətirilməsin. Ağdam Cümə məscidi tarixi məsciddir. Ermənilər burada Ağdam donuz saxlayırdılar. Bu onların dinə, İslama münasibəti idi. Şükür Allaha ki, Azərbaycan buna son qoydu" - deyə, şeyxülislam əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930