“Zurabişviliyə siyasi sığınacaq verməyə hazırıq”

Bu barədə Litva prezidentinin baş müşaviri Asta Skaysqirite danışıb.
“Təbii ki, Litva belə bir zərurət yarandığı halda Zurabişviliyə sığınacaq verərdi”, - deyə müşavir qeyd edib.
Bununla belə, Skaysqiritenin sözlərinə görə, Gürcüstan prezidenti Tbilisidə öz xalqı ilə birlikdə olacağını bildirib.
Xatırladaq ki, Litva noyabrın 2-də Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvilinin və bir neçə yüksəkvəzifəli gürcü məmurun ölkəyə girişinə qadağa qoyub.(Delfi)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: