Gürcüstan Prezidenti sanksiyalara görə Zelenskiyə təşəkkür edib

5-12-2024, 15:24 0 dəfə baxılıb

Gürcüstan Prezidenti sanksiyalara görə Zelenskiyə təşəkkür edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Bidzina İvanişviliyə və daha 18 şəxsə sanksiya tətbiq edildiyinə görə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təşəkkür edib.

Zurabişvili bu barədə “X” hesabında payalşım edib.

“Çox sağ ol, Volodimir. Rusiya Qara dəniz üzərində nəzarəti geri qaytarmaq istəyir”, - Zurabişvili qeyd edib.

Xatırladaq ki, Ukrayna hakim partiyanın lideri Bidzina İvanişviliyə ilə yanaşı, Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze, Baş nazir İrakli Kobaxidze, DTX rəhbəri Qriqol Liluaşvili, daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla, "Gürcü Arzusu"nun rəhbər vəzifəli rəsmilərinə sanksiya tətbiq edib.

“Biz bu regionda heç bir ölkəni itirə bilmərik – nə Gürcüstanı, nə Moldovanı, nə də Ukraynanı, biz Moskvaya qarşı özümüzü müdafiə etmək üçün birlikdə olmalıyıq”, – Zelenski sanksiyalarla bağlı bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031