Zelenski Gürcüstandan onlara sanksiya tətbiq etdi - Siyahı

5-12-2024, 13:16 2 dəfə baxılıb

Zelenski Gürcüstandan onlara sanksiya tətbiq etdi - Siyahı

Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsi barədə Fərman imzalayıb.

Zelenski bu barədə məlumatı videomüraciətində açıqlayıb.

Bildirilib ki, sanksiyalar əsas olaraq Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvili və onun yaxın ətrafına şamil edilib.

Sənədə əsasən, ümumilikdə sanksiya siyahısına 19 nəfər daxil edilib. Onlar arasında Baş nazir İrakli Kobaxidze, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, daxili işlər naziri Vaxtant Qomelauri, Tbilisinin meri Kaxa Kaladze, eləcə də bir neçə hakim və gürcü deputat var. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031