İvanişvili ABŞ dövlət katibinin müavini ilə görüşdən imtina edib
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili mayın 14-də Tbilisiyə səfər edən ABŞ dövlət katibinin müavini Ceyms O`Braynla görüşdən imtina edib.
"Azerinews.az" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
“ Ceyms O`Braynın Bidzina İvanişvili ilə görüşü üçün müraciət olub, o, bundan imtina edib”, - Kobaxidze bildirib.