"Gürcü Arzusu" “xarici agentlər haqqında” qanuna dəstək aksiyası keçirəcək

22-04-2024, 12:10 118 dəfə baxılıb

 Gürcüstanın hakim partiyası aprelin 29-da “xarici agentlər haqqında” qanuna dəstək aksiyası keçirəcək.

 "Azerinews.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Gürcü Arzusu" Partiyası açıqlama yayıb.

 “Sizi, ölkəmizin vətənpərvər vətəndaşlarını, Gürcüstandakı inqilabı qara pul, pravoslav kilsəsinə hücumlar, LGBT təbliğatı, narkotik təbliğatı, radikalizm və maliyyə qütbləşməsini rədd etməyə çağırırıq. Biz imkan verə bilmərik ki, siyasi və mənəvi cəhətdən iflasa uğramış siyasi azlıq spekulyasiya etsin və xalqın adından danışsın.

 

Biz gürcü xalqının böyük əksəriyyətinin harada olduğunu, həqiqəti və ənənəvi dəyərləri qiymətləndirən hər kəsə göstərəcəyik”, - bəyanatda deyilir.

 

Qeyd edək ki, qanun layihəsinə müxalifətin etiraz aksiyaları davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031