Məzarlara rəsm çəkənlər bu məktəbin şagirdləri imiş - YENİLƏNİB

6-01-2025, 14:47 0 dəfə baxılıb

Məzarlara rəsm çəkənlər bu məktəbin şagirdləri imiş - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılması barədə məlumat yayımlanıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən "AzEdu.Az"a bildirilib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmənin qəbirstanlıqda məzarlara qarşı uyğunsuz hərəkətlər etməsi ilə bağlı yayılan görüntülərə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb:
"Qeyd edək ki, həmin yeniyetmələr Lənkəran rayonu B.Əliyev adına Xolmili kənd tam orta məktəbinin şagirdləridir. Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəblilərin valideynləri ilə maarifləndirici söhbətlər aparılıb, övladlarının davranışlarının yolverilməzliyi diqqətə çatdırılıb.  
Gələcəkdə bu tipli hadisələrin yaşanmaması üçün təhsil müəssisəsi ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində tövsiyələr verilib. 
Bununla yanaşı, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagirdlərlə görüş keçirilib",- deyə qeyd edilib.
***
Sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən ilin 23 dekabr tarixində baş verib. Belə ki, orta məktəb şagirdi olan yeniyetmələrdən biri məzarın üzərindəki şəklə pomada ilə rəsm çəkib. Həmçinin onlar hərəkətlərini davam etdirərək qeyri-etik ifadələr işlədiblər, qəbirlərin üstünə çıxaraq qaçıblar. Onlar etdikləri hərəkətləri digər dostları ilə də paylaşıblar və beləliklə görüntülər yayılıb.
Video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərin bir çoxu həmin yeniyetmələrin saxlanılaraq cəzalandırılmasının, valideynlərinin də məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd ediblər. 
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, artıq həmin yeniyetmələrlə bağlı tədbirlər görülüb: “Həmin əməli törədən azyaşlılar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Valideynlər və pedaqoqların iştirakı ilə izahatları alınaraq araşdırma aparılıb. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqları üçün barələrində cinayət işinin başlanması rədd edilib. Həmin azyaşlılarla profilaktiki söhbətlər aparılmaqla qəbul edilmiş qərar aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti yanında müvafiq komissiyaya göndəriləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031