Ucarda ağır qəza: 6 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR

14-01-2025, 12:25 7 dəfə baxılıb

Ucarda ağır qəza: 6 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR
Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Hadisə Bakı-Qazax yolunda, Ucarın Alpout kəndi ərazisində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan 2 "Opel" markalı minik, 3 "KamAZ" markalı yük və 1 "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə maşınlara ciddi ziyan dəyib. Qəza zamanı Tovuz rayon sakini,1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.(APA)
Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930