Bələdiyyə seçkiləri ilə əlaqədar 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

21-01-2025, 16:36 7 dəfə baxılıb

Bələdiyyə seçkiləri ilə əlaqədar 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb
Bələdiyyə seçkiləri ilə əlaqədar ölkə ərazisindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 21-də keçirilən iclasında müzakirə olunub.
MSK sədrinin müavini Rövzet Qasımovun təqdimatına əsasən, seçkidə aşkarlıq mühüm məsələ olduğundan, veb-kameralarla müşahidə aparılması önəmlidir:
"İstənilən vətəndaş seçki prosesi ilə bağlı müfəssəl məlumat əldə edə biləcək. Seçki prosesində veb-kameralardan istifadə ölkədə 2008-ci ildən uğurla həyata keçirilən layihədir.
Keyfiyyətli və vasitəsiz yayım üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Parlament seçkilərində məntəqələrdə veb-kameraların quraşdırılması parametrlərində dəyişiklik edilib. 89 seçki məntəqəsinin məlumatlarında dəyişikliklər olub.
62 seçki məntəqəsinin nömrəsi dəyişdirilib. 15 seçki məntəqəsində isə veb-kameraların quraşdırılması tamamilə yeni məsələdir. Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930