Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib

25-01-2025, 15:58 8 dəfə baxılıb

Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib


Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi heyət Kilis Çıldırobadakı 6-cı Korpus və Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı, eləcə də Şəhid Mehmet Sərhəd Postuna baxış keçirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ziyarət zamanı Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu Türkiyə ilə Azərbaycan Quru Qoşunları Komandanlıqları arasında hərbi əməkdaşlığın və koordinasiyanın artırılması çərçivəsində inkişaf etdirilən silah və sistemlər haqqında məlumat verərək əməliyyat sahələrində əldə olunan təcrübələri bölüşüb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930