Səriştəsiz və korrupsioner Baydenin “fəaliyyəti” – adı növbəti qalmaqalda hallanır – ŞƏRH
Donald Trampın andiçmə mərasimindən sonra başladılan audit göstərib ki, əslində, heç bir konsol alınmayıb - onlar yalnız kağız üzərində mövcud olub. Bundan əlavə, eyni reabilitasiya proqramı çərçivəsində büdcədən jonqlyorluq kursları üçün 18 milyon dollar ayrılıb.
Bayden administrasiyası Birləşmiş Ştatlar tarixinə ən korrupsiyalaşmış rejim kimi düşəcək. Görünən odur ki, qalmaqallar, maliyyə maxinasiyaları əvvəlki administrasiyanın əsas iş üslubu olub.
Mediaya Baydenlə bağlı sızdırılan xəbərlərin artması göstərir ki, Tramp sələfini tamamilə çökdürməyi planlaşdırır. Hadisələrin gedişi bunu deməyə əsas verir.
O, həmçinin qanunvericiləri Baydenə və radikal sol demokratlara qarşı tədbir görməyə çağırıb. Tramp vurğulayıb ki, Senatın bu istiqamətdə fəaliyyətə başlamasının vaxtı çoxdan çatıb. Tramp Baydeni ABŞ-nin dövlət sirrini açdığına görə də qınayıb. Onun sözlərinə görə, prezidentin Pentaqonda sursat çatışmazlığı ilə bağlı açıqlamaları dəhşətlidir. Tramp, həmçinin əlavə edib ki, onun hakimiyyəti dövründə bütün silah anbarları ağzına qədər dolu olub.
Yuxarıda qeyd olunan materiallar onu deməyə əsas verir ki, yaxın vaxtlarda Bayden barədə cinayət işi açıla bilər. ABŞ qanunlarına görə, cinayət törədən şəxs cəzasız qala bilməz. Necə ki, bunu keçmiş ermənipərəst Bob Menendezə qarşı gördük. Tramp çalışacaq ki, Baydenə və siyasi rəqiblərinə qarşı mümkün cinayət işlərini qaldırsın.
Bundan əvvəl ortada Baydenin Yaponiyanın “Nippon Steel” şirkətinin ABŞ-nin polad istehsalçısı “US Steel” tərəfindən alınmasını əngəlləmək qərarı utancverici və siyasi korrupsiya nümunəsi var. Bu fikri “US Steel”in direktoru Devid Burritt bildirib. Onun bəyanatında deyilir:
“Baydenin bugünkü qərarı biabırçı və korrupsiyadır. Bu, onun həmkarlar ittifaqı rəhbərinə verdiyi siyasi mükafatdır və şirkətimizin gələcəyinə, işçilərimizə, milli təhlükəsizliyimizə zərər verməkdir. O, bizim əsas milli təhlükəsizlik müttəfiqimiz olan Yaponiyanı təhqir edib və Amerikanın rəqabət qabiliyyətini təhlükə altına qoyub”.
Qeyd edək ki, Bayden Yaponiyanın “Nippon Steel” şirkətinin ABŞ polad istehsalçısı “US Steel” tərəfindən alınmasına mane olub. Çox güman ki, Tramp bu məsələni də gündəmə gətirəcək.
Bir faktı da qeyd edək ki, Bayden administrasiyasının erməni lobbisi ilə sıx əməkdaşlığı olub. Bu əməkdaşlığın nəticəsidir ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib.
Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə danışıb. Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib.
Prezident İlham Əliyev "907-ci düzəliş"in yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Mafioz klanların təmsilçisi kimi tanınan Bayden postundakı son günlərində ailə üzvlərini əhatə edən yüksək səviyyəli qalmaqallarla əlaqədar bir sıra sərəncam və qərarlar imzaladı. Həmin qərarlara əsasən, oğlu Hanter Baydenlə yanaşı, qardaşı Ceyms Baydenin milyonlarla dolları ofşor hesablarında gizlətməsi ilə bağlı istintaqlar dayandırıldı. Vergi cinayətləri, korrupsiya əlaqələri və qanunsuz silah sahibi olmasına dair sübutlara baxmayaraq, Hanter ciddi cəzadan yayınaraq minimal cərimələrlə qurtuldu.
Qalmaqallar və manipulyasiyalarla məşğul olan ailə klanının rəhbəri kimi də tarixə düşən 46-cı prezidentlə bağlı yaşananlar göstərir ki, şəxsi mənafe və qazanc onun üçün hər şeydən üstündür. Bu, həm də erməni lobbisinin ciddi təsiri altında olan demokratlar üçün utancverici bir haldır. Məhz demokratlar birtərəfli qaydada erməni lobbisinə dəstək verib, ondan aldığı tapşırıqları yerinə yetirib. Baydenlə bağlı yaşananlar bu fikri bir daha təsdiqləmiş olur.(Report)