MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı

5-02-2025, 18:19 0 dəfə baxılıb

MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı
Bu gün Audiovizual Şuranın son günlərdə MTV və Dünya TV kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş videoformatda iclası keçirilib.
Bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, fevralın 3-ü saat 21:28-də MTV kanalının efirində yayımlanan “Doktor Seyfəddin Əsəd Klinikası”na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da “Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin tələbləri pozulub. Həmçinin həmin reklam materialında “Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir” ifadəsindən istifadə olunub və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilib.
Bundan əlavə, fevralın3-ü saat 19:40-da Dünya TV kanalının  efirində yayımlanan “Sabirabad Klinikası”na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməyib, bununla da “Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin tələbi pozulub. 
Müzakirələrdən sonra Audiovizual Şura “Media haqqında” Qanunun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral saat 08:00-11:00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728