Yanvar ayının pensiyalarına edilmiş artımlar fevralda birgə ödəniləcək

5-02-2025, 19:29 0 dəfə baxılıb

Yanvar ayının pensiyalarına edilmiş artımlar fevralda birgə ödəniləcək

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevralda birgə ödəniləcək.

Bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov keçirdiyi brifinqdə səsləndirib.

O bildirib ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb:

"Dövlət başçısının Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılır.

Bu da işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitallarının yalnız hər ay üzrə əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında artırıldığını da göstərir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728