NZS qəsəbəsində qeyri-qanuni tikili aparılır
Nəzərinizə çatdırmaq istəyirəm ki, Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi ev 17 ünvanın 1 ci mərtəbəsində yaşayan sakin, adı gedən binanın arxa tərəfində tikinti işi apararaq insanların gediş – gəlişi üçün maneə olaraq demək olar ki, yolu bağlamışbır.
Əgər hər hansı bir yanğın hadisəsi baş verərsə adı gedən əraziyə FHN – nin yanğın söndürmə texnikası heç bir halda o əraziyə daxil olması mümkün olmayacaq və nəticə etibarı ilə orda yerləşən bütün evlər yanğına məruz qalacaq. Bakı şəhər icra hakimiyyəti, Xətai rayon icra hakimiyyəti, Xətai rayon bələdiyyəsi və Bakı şəhər memarlıq və şəhərsalma idarəsi nəyə görə belə neqativ halların, qeyri –qanunu tikintinin qarşısını almır.
Hesab edirəm ki, Aşıq Qurban 17 nömrəli binanın arxa hissəsində aparılan qeyri-qanuni tikilinin dayandırılması üçün lazımi tədbirlər görəcəklər. Həmən ərazidə yaşayan insanların gediş-gəliş yolları açılacaq və hər hansı bir yanğın hadisəsi baş verərsə FHN –yi dərhal müdaxilə etmək imkanına malik olacaq.