Yol polisi qarlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bu gün, 09:08 0 dəfə baxılıb

Yol polisi qarlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, plkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş formada xidməti fəaliyyətini davam etdirir.
Xüsusilə magistral yollarda nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları fasiləsiz xidmət aparır. Eyni zamanda, aidiyyəti qurumlarla birgə yolların təmizlənməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi bir daha xatırladır.
✅ Sürücülər sürət həddini hava və yol şəraitinə uyğun seçməli, qəfil manevrlərdən çəkinməlidirlər.
✅ Avtomobillərin texniki vəziyyəti, xüsusilə şinlərin vəziyyəti yoxlanılmalı, əyləc sisteminin işlək olduğuna əmin olunmalıdır.
✅ Görüş məsafəsinin məhdudlaşdığı hallarda yaxın işıqları yandırmaq və digər nəqliyyat vasitələri ilə təhlükəsiz məsafə saxlamaq vacibdir.
✅ Dumanlı havada və ya buzlu yollarda sürücülər xüsusilə ehtiyatlı olmalı, sərt tormozlamadan çəkinməlidirlər.
✅ Piyadalar da yolun görünməsinə və sürücülərin onları vaxtında görə bilməsinə diqqət etməlidirlər.
Yol hərəkəti qaydalarına əməl olunması hər kəsin təhlükəsizliyi üçün mütləqdir!
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını ehtiyatlı olmağa və qaydalara ciddi riayət etməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728