Mark Libbi həyat yoldaşı ilə Bakının görməli yerlərinə səfərlərini davam etdirir

29-01-2024, 11:55 2 dəfə baxılıb

 

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi həyat yoldaşı ilə Bakının görməli yerlərinə səfərlərini davam etdirir.

“Azerinews.az” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

“Bu həftəsonu mən Danuşiya ilə birlikdə Bakı şəhərinin görməli yerlərini kəşf etməyə davam edərkən Ayna Sultanova heykəlini və Atatürk parkını ziyarət etdim. Yol boyu pişik Məstanla tanış olmaq da xoş idi!”, - deyə səfir qeyd edib.

Paylaşımda, həmçinin Bakıda çəkilən fotolar da yer alıb.

Xatırladaq ki, o, bundan əvvəl həyat yoldaşı ilə birlikdə Zeynalabdin Tağıyevin keçmiş sarayında yerləşən Milli Tarix Muzeyini ziyarət edib.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031