Türkiyənin ədliyyə naziri İmamoğlunun saxlanılması ilə bağlı danışıb

19-03-2025, 17:19 5 dəfə baxılıb

Türkiyənin ədliyyə naziri İmamoğlunun saxlanılması ilə bağlı danışıb

İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu daxil olmaqla 106 nəfər cinayət məsuliyətinə cəlb olunub.

Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aparılan iki araşdırma nəticəsində 106 nəfər barəsində həbs qətimkan tədbiri seçilib:

"Terror cinayətləri bürosunun apardığı istintaqda, aralarında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 7 nəfər haqqında həbs qərarı var. Mütəşəkkil Cinayətkarlıq Bürosu tərəfindən daha bir araşdırma aparılır. Bu çərçivədə aralarında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 100 şübhəli haqqında həbs qərarı çıxarılıb. Şübhəlilərin rüşvətxorluq, tenderlərin saxtalaşdırılması, dələduzluq və şəxsi məlumatların əldə edilməsi cinayətlərini törətdikləri iddia edillir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930