Cənubi Koreyada müxalifət prezidentə qarşı impiçment təşəbbüsü ilə çıxış edib

21-03-2025, 11:17 7 dəfə baxılıb

Cənubi Koreyada müxalifət prezidentə qarşı impiçment təşəbbüsü ilə çıxış edib

Cənubi Koreyada beş müxalifət partiyasının deputatları prezident səlahiyyətlərini icra edən Çoy San Mokun impiçmenti üçün Milli Assambleyaya (parlament) müraciət ediblər.

İmpiçmentə səbəb Çoyun Konstitusiya Məhkəməsinə sonuncu hakimi təyin etməkdən imtina etməsi olub.

“Konstitusiya Məhkəməsinin yekdil qərarına baxmayaraq, Çoy üç həftədir onun icrasına məhəl qoymur”, - Demokrat Partiyasının nümayəndəsi Kim Yon Min deyib

Dekabrın sonlarında Çoy iki hakim təyin edib, lakin iki partiyalı konsensusa ehtiyac olduğunu əsas gətirərək müxalifətin namizədi olan Ma Eun Hyoku təsdiqləməkdən imtina edib.

Demokrtat Partiyası Konstitusiya Məhkəməsinin Çoyun imtinasının konstitusiyaya zidd olduğunu açıqladığını və Milli Assambleyanın hüquqlarını pozduğuna bildirərək bu addımı kəskin tənqid edib.

Qanuna görə, impiçmentlə bağlı səsvermə təşəbbüsün plenar iclasda təqdim edilməsindən sonra 24 saatdan gec olmayaraq keçirilə bilər. Amma orası da var ki, hakim “Toburo” partiyası parlamentdəki 300 yerdən 170-nə nəzarət edir və səs çoxluğuna malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930