Azərbaycanda ən uzun oruc bu gün OLACAQ

29-03-2025, 09:38 5 dəfə baxılıb

Azərbaycanda ən uzun oruc bu gün OLACAQ

Bu gün Azərbaycanda Ramazan ayının sonuncu günüdür. Martın 30-31-i ölkəmizdə Ramazan bayramı qeyd ediləcək.

Bu gün imsak saat 05:02-də olub, iftar isə 19:19-da açılacaq.

Bu da 14 saat 17 dəqiqəlik oruc deməkdir.

Qeyd edək ki, dünyanın müxtəlif bölgələrində günəşin doğuş və batış vaxtları fərqli olduğundan, imsak və iftar vaxtları arasında müddət də ölkələr arasında əhəmiyyətli dərəcədə dəyişir.

Şimal qütbünə yaxın yerləşən Reykyavikdə günəşin batma və çıxma vaxtları arasında böyük fərqlər olur. 2025-ci ilin mart ayında burada oruc müddəti təxminən 16-17 saat arasında dəyişəcək. 

Şimal Avropada yerləşən Osloda da ruc tutanlar üçün günlər uzundur. Mart ayında oruc müddəti təxminən 15-16 saat olacaq.

Keyptaun, Cənubi Afrika: Cənub yarımkürəsində yerləşən Keyptaunda mart ayında günlər daha qısadır. Burada oruc müddəti təxminən 11-12 saat arasında olacaq. Cənubi Amerikanın cənubunda yerləşən Buenos Ayresdə də oruc müddəti nisbətən qısadır. Mart ayında burada müsəlmanlar təxminən 12-13 saat oruc tutacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930