Sahil Babayev onu vəzifədən kənarlaşdırdı

15-04-2025, 15:39 13 dəfə baxılıb

Sahil Babayev onu vəzifədən kənarlaşdırdı


Maliyyə naziri Sahil Babayevin sədrliyi ilə “Aqrarkredit” (QSC) Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, yığıncaqda QSC-nin İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar olaraq yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub.

S.Babayev səlahiyyət müddətləri başa çatan İdarə heyətinin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib.

Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər. Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunub.

Qeyd edək ki, “Aqrarkredit” QSC-nin Nizamnaməsinə əsasən, İdarə Heyətinin üzvləri Səhmdarın ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930