Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb

21-04-2025, 11:46 8 dəfə baxılıb

Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb

Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Xətai rayonu "Venesiya" şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930