Ərdoğan: "Türkmənistan qazı 5 ildən sonra Xəzərin dibi ilə Türkiyəyə nəql ediləcək"

2-05-2025, 18:24 4 dəfə baxılıb

Ərdoğan: "Türkmənistan qazı 5 ildən sonra Xəzərin dibi ilə Türkiyəyə nəql ediləcək"

Türkiyə beş ildən sonra Türkmənistanın təbii qazını Xəzərin dibi ilə borular vasitəsi idxal edəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Təbii Sərvətlər Zirvəsində çıxışı zamanı bildirib.

“Bu ilin mart ayından Türkmənistan qazını İran ərazisindən keçərək Türkiyəyə tədarük edirik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, indiyədək bu marşrut üzrə 250 milyon kubmetr təbii qaz nəql olunub: “İlin sonunadək onun həcminin 1,3 milyard kubmetrə çatacağı gözlənilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930