Ağdamda iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb

13-05-2025, 13:32 5 dəfə baxılıb

Ağdamda iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb

Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə zamanı fəhlə Sənan Mustafayevin sinəsinə armatur batıb.

Bərdə Diaqnostika Mərkəzinə çatdırılan yaralının xilas edilməsi üçün tibb müəssisəsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.

S.Mustafayev Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930