QMİ sədri Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

4-06-2025, 14:35 10 dəfə baxılıb

QMİ sədri Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Sədr qeyd edib ki, əziz bayramı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman əsgərlərin sayəsində Xankəndidə, Əsgəranda, Xocalıda üçrəngli bayrağı ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılamaq qürurvericidir.

A. Paşazadə vurğulayıb ki, builki bayram AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir:

"Həmişə xaqlın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – 6-7 iyun tarixlərini qeyri-iş günü elan edib.

Şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031