UFC-nin iki məşhur döyüşçüsü Bakıya gələcək

4-06-2025, 16:30 5 dəfə baxılıb

UFC-nin iki məşhur döyüşçüsü Bakıya gələcək

Mütləq Döyüş Çempionatının (UFC) super yüngül çəki dərəcəsində çempionu, gürcü idmançı Merab Dvalişvili və keçmiş yarımorta çəki çempionu, amerikalı Belal Muhammad UFC-nin Bakı turnirinin ulduz qonaqları olacaqlar.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə azərbaycanlı Rafael Fiziev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnirdə Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.

Qeyd edək ki, turnir iyunun 21-də Baku Crystal Hall-da baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031