59 yaşlı futbol mütəxəssisinin bu addımı hiddətlə qarşılanıb

31-01-2024, 23:30 1 dəfə baxılıb

 

Səudiyyə Ərəbistanı millisinin italiyalı baş məşqçisi Roberto Mançini Asiya Kubokunun 1/8 final mərhələsində Cənubi Koreya millisinə qarşı keçirdikləri oyunda penaltilər seriyasını izləməkdən imtina edərək meydanı oyun bitməmiş tərk edib.

59 yaşlı futbol mütəxəssisinin bu addımı Səudiyyə Ərəbistanında hiddətlə qarşılanıb.

Artıq Səudiyyə Ərəbistanının Futbol Federasiyasının rəhbəri Yasin bin Həsən bin Məhəmməd Əl-Misahel açıqlama ilə çıxış edərək R.Mançinidən izahat tələb edib.

“Baş məşqçimizin oyun bitməmiş meydanı tərk etməsi heç bir halda bizim üçün məqbul deyil. Bunun niyə baş verdiyi ilə bağlı Mançini izahat verməlidir. Yalnız bundan sonra Roberto Mançini ilə bağlı qərar verəcəyik”.

Qeyd edək ki, futbol üzrə Asiya Kubokunun 1/8 final mərhələsində Səudiyyə Ərəbistanı ilə Cənubi Koreya qarşılaşıblar. Oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Oyundan sonra keçirilən penaltilər seriyasında isə Cənubi koreyalılar üstün olublar - 4:2.

Mənbə: Tasnim






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930