Messinin Honkonqdakı matçda meydana çıxmamasının səbəbi açıqlanıb

5-02-2024, 11:26 7 dəfə baxılıb

ABŞ-nin “İnter Mayami” klubunun baş məşqçisi Xerardo Martino komandanın hücumçusu Lionel Messinin “Honq Konq XI” klubu (4:1) ilə qarşılaşmada oynamamasının səbəbini açıqlayıb.

Bu barədə "Azerinews.az" “South China Morning Post”a istinadən xəbər verir.

“Bu gün stadionda əyləndik, Luis Suares və Lionel Messinin olmaması səbəbindən azarkeşlər arasında böyük məyusluğu anlayırıq. Bu, həkimlər qrupunun qərarı idi. Onların fiziki durumunu yoxladıq. Oyunçuları meydana buraxsaydıq, fiziki sağlamlıqlarını riskə atmış olardıq.

Azarkeşlərin çox üzüldüyünü başa düşürük və onlardan üzr istəyirik. Biz istərdik ki, Messini bir müddət meydanda oynatmaq mümkün olsun, lakin risk çox böyük idi”, - Martino deyib.

Xatırladaq ki, tribunalarda ulduz futbolçuları meydanda gözləyən 38 min 323 azarkeş olub. Bununla belə, Messi bütün görüşü ehtiyat oyunçular skamyasında keçirib. Çünki onun bud nahiyəsində dartılma olub, Suares isə heç bir səbəb olmadan ehtiyatda qalıb.

Matç üçün biletin minimum qiyməti 115 avro olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930