“Qarabağ”ın hücumçusu dünyanın ən məhsuldar 60 bombardiri sırasına düşüb - ARAŞDIRMA

25-01-2024, 14:39 4 dəfə baxılıb

“Qarabağ”ın futbolçusu Olavio Juninyo 2023/2024 mövsümündə milli çempionatlarda vurulan qol sayına görə dünyanın ən məhsuldar 60 bombardiri sırasına düşüb.

“Azerinews.az"ın məlumatına görə, braziliyalı hücumçu Azərbaycan Premyer Liqasında vurduğu 13 qolla bunu reallaşdırıb.

27 forvard hazırda planetin ən məhsuldar oyunçuları arasında 42-58-ci pillələri bölüşdürür. Onunla eyni göstəriciyə malik olanlardan biri də İspaniyanın “Atletiko” klubunda çıxış edən Alvaro Moratadır.

Maraqlıdır ki, Son Hın Min (“Tottenhem”, İngiltərə - 12 qol), Mauro İkardi (“Qalatasaray”, Türkiyə - 12), Antuan Qrizmann (“Atletiko”, İspaniya – 11), Duşan Vlahoviç (“Yuventus”, İtaliya – 11), Olivye Jiru (“Milan”, İtaliya – 10) kimi ulduz futbolçular Juninyodan geri qalırlar.

Cari mövsümün ən məhsuldar oyunçuları Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn və Kambocanın “Svay Rinq” klubunda çıxış edən Markus Haberdir. Hər iki forvardın hesabında 22 qol var. Onları 20 qolla Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında oynayan Kriştianu Ronaldu izləyir.

Qeyd edək ki, Olavio Juninyo bu mövsüm bütün turnirlər daxil olmaqla “Qarabağ”ın heyətində 31 oyunda 16 qol vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930