İbrahimoviç baş məşqçi kimi “Milan”a qayıda bilər
“Milan”ın və İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç İtaliya komandasına məşqçi kimi qayıda bilər.
"Azerinews.az" xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.
İbrahimoviç hazırda "Milan"ın sahibi Cerri Kardinalenin təklifini nəzərdən keçirir. İsveçli karyerasını bitirdikdən sonra nə etmək istədiyinə hələ qərar verməyib.
İbrahimoviç 2023-cü ilin yayında karyerasını başa vurub. Onun son klubu heyətində İtaliya çempionluğunu qazandığı “Milan” olub. O həmçinin Niderland, İspaniya və Fransa çempionu olub.
İsveçli futbolçu "Ayaks", "Barselona", "Yuventus", "İnter", PSJ, "Mançester Yunayted" və "Los Anceles Qalaksi" komandalarında çıxışı ilə tanınır. Forvard İsveç millisində 122 oyun keçirib, 62 qol vurub və 25 məhsuldar ötürmə edib.