Messi 400 məhsuldar ötürmə verən ilk futbolçu oldu

9-11-2025, 09:58 17 dəfə baxılıb

 

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi futbol tarixində 400 məhsuldar ötürmə verən ilk oyunçu olub.

"Azerinews.az" ın TASS-a istinadən verdiyi xəbərə görə, Messi bu göstəriciyə MLS çempionatında pley-off mərhələsinin 1/8 finalının üçüncü oyununda "Neşvill"ə qarşı keçirdiyi ev oyununda imza atıb.

Matç ev sahiblərinin xeyrinə başa çatıb - 4:0. Messi bir məhsuldar ötürmədən əlavə iki qol da vurub.

Qeyd edək ki, Messi ən çox məhsuldar ötürməni "Barselona"da edib (269). O, Argentina millisində 60, "İnter Mayami"də 37, PSJ-də isə 34 məhsuldar ötürmə ilə yadda qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930