Lionel Messi zədələnib

14-03-2024, 23:30 83 dəfə baxılıb

 

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi zədələnib.

Bunu MLS (“Major League Soccer” - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı)  komandasının baş məşqçisi Xerardo Martino açıqlayıb.

Argentinalı mütəxəssis bildirib ki, KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Çempionlar Kubokunun 1/8 final mərhələsində “Neşvill”ə qarşı keçirilən cavab görüşündə futbolçunun sağ ayağının əzələsində gərginlik yaranıb, əzələ artıq yüklənib. Bu səbəbdən 50-ci dəqiqədə əvəz olunan 36 yaşlı kapitan martın 16-da MLS-də “Di Si Yunayted”lə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, cavab görüşündə “Neşvill”i 3:1 (ilk oyun - 2:2) hesabı ilə məğlub edən “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda 1/4 finala yüksəlib. Həmin matçda qollardan birini Messi vurub.

Mənbə: goal.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930