Portuqaliya klubu ilə matç üçün "Qarabağ" azarkeşlərinə ayrılmış biletlərin sayı müəyyənləşib

8-02-2024, 13:18 9 dəfə baxılıb

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk matçında Portuqaliyada "Braqa"nın qonağı olacaq "Qarabağ"a 1500 bilet ayrılıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlər satışa çıxarılacaq.

Komanda fevralın 13-də, saat 17:00-da sözügedən ölkəyə yollanacaq və görüşdən sonra Vətənə qayıdacaq.

Qeyd edək ki, fevralın 15-də təşkil olunacaq "Braqa" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də gerçəkləşəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031