Premyer Liqada təxirə salınan oyunun vaxtı açıqlandı
Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyununun tarixi müəyyənləşib.
“Azerinews.az” xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmanın vaxtını açıqlayıb.
Görüş fevralın 28-də Qəbələ şəhər stadionunda reallaşacaq. Matçın start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, hazırda “Qarabağ” Premyer Liqaya liderlik edir, “Qəbələ” isə sonuncu pillədə qərarlaşır.