İki güləşçimiz AÇ-nin yarımfinalında - Yenilənir

20-04-2026, 16:32 14 dəfə baxılıb

 

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start verilib.

“Azerinews.az” xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə başlayacaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

***

Güləşçilərimizdən İslam Abbasov və Beka Kandelaki yarımfinala adlayıb. Rəşad Məmmədov, Ziya Babaşov, Sənan Süleymanov isə 1/4 finalda mübarizəni dayandırıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031