Bədii üzgüçülük komandasında yeni məşqçi

21-04-2026, 12:25 16 dəfə baxılıb

 

Azərbaycanın bədii üzgüçülük komandasına yeni məşqçi cəlb olunub.

Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından (ASF) məlumat verilib.

ASF Yekaterina Matviyenko ilə əməkdaşlığa start verdiyini açıqlayıb.

Y.Matviyenko bu postda Oksana Pismennanı əvəzləyib.

Son illərdə Krasnodar şəhərində bədii üzgüçülük klubunun baş məşqçisi olmuş Y.Matviyenko təyinatı ilə bağlı fikirlərini bölüşüb: “Mən dünyanın ən güclü bədii üzgüçülük ənənələrindən birinə malik olan Rusiya məktəbini təmsil edirəm və məqsədim qazandığım zəngin təcrübəni Azərbaycanda tətbiq edərək həm Bakıda, həm də regionlarda bədii üzgüçülüyün texniki bazasının möhkəmlənməsinə, peşəkar inkişafına və kütləviləşməsinə töhfə verməkdir”.

Xatırladaq ki, bədii üzgüçülük üzrə idman ustası müxtəlif illərdə Ukrayna, Misir və Rusiyada məşqçi kimi çalışıb, o cümlədən Misirin Olimpiya və yeniyetmələrdən ibarət bədii üzgüçülük üzrə milli komandalarında fəaliyyət göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031