İki boksçumuz Dünya kubokuna qələbə qazandı

22-04-2026, 13:23 31 dəfə baxılıb

 

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya kuboku davam edir. 

“Azerinews.az” xəbər verir ki, reytinq xarakterli yarışın ikinci günündə rinqə çıxan Azərbaycan millisinin hər iki idmançısı qələbə qazanıb.

55 kq-da Zidan Hünbətov 1/16 finalda Aqustin Susloaqanı (Uruqvay) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşünü Rafael Lozano Serranoya (İspaniya) qarşı keçirəcək. Döyüş aprelin 23-də olacaq.

Məhəmməd Abdullayev (+90 kq) də Dünya kubokuna qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Yakub Domuradı (Polşa) 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Abdullayev ikinci görüşündə Luka Pratljaçiçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş aprelin 24-də baş tutacaq.

Qeyd edək ki, Dünya kubokuna aprelin 26-da yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930