Azərbaycan millisi uşu üzrə Avropa çempionatı üçün Liona yola düşdü

6-05-2026, 20:45 66 dəfə baxılıb

5–11 may tarixlərində Fransanın Lion şəhəri uşu idman növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Qitənin ən güclü idmançılarının bir araya gələcəyi bu mötəbər yarışda Azərbaycan milli komandası da iştirak edəcək.

 Artıq yığma komandamız yarışa qatılmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanından Fransaya yola düşüb. Tərkibində təcrübəli və perspektivli idmançıların yer aldığı heyət həm sanda, həm də taolu üzrə ölkəmizi layiqincə təmsil etməyə hazırdır. Komandanın məqsədi yalnız iştirak deyil, həm də yüksək nəticələr əldə edərək Azərbaycanın idman nüfuzunu daha da artırmaqdır.

 Son illərdə uşu idman növü Azərbaycanda sürətlə inkişaf edir. İdmançılarımız beynəlxalq turnirlərdə qazandıqları uğurlarla artıq rəqiblər üçün ciddi gücə çevriliblər. Bu baxımdan Lionda keçiriləcək Avropa çempionatı növbəti böyük sınaq olmaqla yanaşı, yeni qələbələr üçün mühüm fürsət hesab olunur.
 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi ilə yarışa yollanan komandamızdan gözləntilər böyükdür. İdman ictimaiyyəti və azarkeşlər milli yığmanın uğurlu çıxış edəcəyinə inanır.

İdmançılarımıza bu məsuliyyətli yarışda uğurlar arzulayır, üçrəngli bayrağımızı Avropa arenasında yüksəklərə qaldıracaqlarına ümid edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031