"Araz-Naxçıvan" ölkə kubokunda darmadağınla mərhələ adlayıb

29-11-2023, 17:36 8 dəfə baxılıb

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

"Azerinews.az"  xəbər verir ki, günün üçüncü matçında "Araz-Naxçıvan" II Liqa təmsilçisi "Kür-Araz"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 1/8 finalda "İrəvan"la qarşılaşacaq.

Daha əvvəl "Kəpəz" və "Qaradağ Lökbatan" növbəti mərhələyə vəsiqə qazanıblar. Günün sonuncu oyununda "Sumqayıt" "Lerik"lə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, ötən gün "İrəvan", MOİK, "Karvan", "Səbail" və "Turan Tovuz" 1/8 finala yüksəliblər. Bu raundun digər matçları noyabrın 30-da reallaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930